Millimizin üzvü Fransa klubuna transfer oldu

Futzal üzrə Azərbaycan millisi və “Araz” klubunun üzvü Eduardo Borges karyerası ilə bağlı yeni qərar verib.

 

Newsport.az Azərbaycan Futzal Federasiyasının rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, o, qarşıdakı mövsümü Fransa çempionatında keçirəcək. Bu barədə futzalçı şəxsi "Facebook" hesabında paylaşım edib. Mayda “Araz”la müqavilə başa çatan müdafiəçi Fransanın “Acces Futsal” klubu ilə anlaşıb.

 

Qeyd edək ki, Eduardo 2013-cü ildən millinin formasınnı geyinir. O, üç dəfə Avropa, bir dəfə isə dünya çempionatının final mərhələsində Azərbaycan milli komandasının uğur qazanması üçün çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right