Azərbaycan kubokunu “Marafon Futsal” qazandı

Dünən futzal üzrə Azərbaycan kubokunun final oyunu keçirildi.

Newsport.az-ın məlumatına görə, həlledici oyunda iki debütant komanda qarşılaşdı. Xüsusilə iranlı legionerlərlə güclənmiş tərəflərin dueli kifayət qədər gərgin, amma maraqlı alındı. Oyunun əvvəlində “Uğur” 2 top fərqi ilə önə keçsə də, üstünlüyünü qoruya bilmədi. Əsas qapıçının oyundan əvvəl zədələnməsi də matçın gedişinə təsirsiz ötüşmədi. Rəqibin zəif nöqtəsini tapan Yüksək Liqanın gümüş medalçısı hesabı bərabərləşdirməklə bərabər fasiləyə qədər 2 top fərqi ilə üstünlük qazandı. 
İkinci hissədə də təzyiqi artıran “Marafon Futsal” qapıçını meydan oyunçusu ilə əvəzləyən “Uğur”u cəzalandırmağı bacardı. Düzdü, bir məqamda “Uğur” fərqi minimuma endirdi, ancaq qapının tez-tez boş qalması “Marafon Futsal”a qol vurmaq imkanı verdi. Matçın gedişində “Marafon Futsal”dan bir, “Uğur”dan iki oyunçu meydandan qovuldu. Beləliklə, 9:6 hesabı ilə qələbə qazanan “Marafon Futsal” debüt ilində ölkə kubokunu qazanmağı bacardı. Oyundan sonra qalib komandaya medallar və ölkə kuboku təqdim edildi. Mükafatlarma mərasimində Azərbaycan Futzal Federasiyasının baş katibi Mahmud Sadıqov və beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev iştirak edib. 

 

“Marafon Futsal” – “Uğur” FK (5:3) 9:6

Qollar: A. Bolouki, 4:58, 18:30, O. Talebi, 14:06, 39:40, R. Sultanov, 16:20 (10 met.), 17:03 (10 met.), S. Məmmədov, 27:20, 37:52, E. Barati, 37:40 // A. Nasrolla, 0:18, 17:33 (10 metr.), A. Ebrahimi, 3:18, 34:15, R. Amoni, 35:51,H. Salari, 39:59 
Sarı vərəqə: S. Məmmədov, 3:18, A. Bolouki, 10:27, K. Mehdipour, 11:14, R. Sultanov, 11:29, M. Hacıbandeh, 16:02 // B. Jafari, 9:59, M. Geşani, 11:29, A. Ebrahimi, 12:16, E. Hoseini, 29:50, R. Amoni, 30:10
Qırmızı vərəqələr: A. Bolouki, 37:05 (ikinci sarı) // M. Geşani, 36:20 (ikinci sarı), A. Nasrolla, 36:50 (ikinci sarı)

22 may. Bakı İdman Sarayı. Saat 15:00 

Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazov
Hakim-inspektor: Şahin Cəfərov

“Marafon Futsal”
12. Kesra Mehdipour (q), 4. Majid Hacıbandeh, 7. İlkin Hacıyev, 10. Seymur Məmmədov, 20. Elyas Barati, 2. Kamran Hacıyev (q), 9. Omid Talebi, 8. Renat Sultanov (k), 22. Arif Bolouki, 11. Hamid Khodaei, 77. Saeid Goodarzi, 99. Rüstəm Bağırzadə, 13. Tofik Əliyev
Baş məşqçi: Elşad Quliyev

 

“Uğur” FK
1. Aydın Bəyişli (q), 2. Ebolfaz Hoseini, 4. Hamid Salari, 10. Ali Ebrahimi, 6. Amin Nasrolla, 16. Seyfan Vahid (q), 8. Alirza Sheiklar, 9. Mohsen Geşani, 5. Fəyyar Hüseynov, 7. Behroz Jafari, 22. Yadulla Əmrəliyev (k), 11. İlqar Abbasov, 15. Reza Amoni
Baş məşqçi: Fuad Rzayev





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right