Çempion xal itirdi “Marafon Futsal” bu dəfə sürprizə imkan vermədi

Bu gün futzal üzrə Yüksək Liqada XXV turun oyunları keçirildi. Turun açılış oyununda çempionluğu təmin edən “Araz” debütant “İtaldizain Futsal”la qarşılaşdı. Lider fasiləyə minimalhesablı qələbə ilə yollansa da, ikinci hissədə üstünlüyünü qoruya bilmədi. Ardıcıl 2 qol vuran debütant hesabı lehinə çevirdi. Yalnuz bundan sonra “Araz” rəqib qapısına yol tapdı. Sonrakı dəqiqələrdə hər iki komandanın qol vurmaq imkanı olsa da, hesab dəyişmədi və “Araz” 2018-ci ildə ilk dəfə meydanı qələbəsiz tərk etdi. 
Günün ikinci oyunu da maraqlı alındı. Üçüncü dövrədə “Yasamal”ın “Marafon Futsal”ı son saniyədə vurduğu qol sayəsində yenməsi matça maraqı bir qədər də artırmışdı. Ardıcıl qollar da gərginlikdən xəbər verirdi. Ancaq “Yasamal” sonrakı dəqiqələrdə rəqibin fərqi artırmasına mane ola bilmədi. Hətta sona 2 dəqiqə qalmış “Yasamal” əsas oyunçularından Omid Orazı itirdi. O, boş qapıya gedən topun qarşısını əli ilə kəsdiyinə görə, qırmızı vərəqə ilə cəzalndı. 
Günün son oyununda da hesab erkən açıldı. “Neftçi” ilk hücumdaca rəqibi cəzalandırmağı bacardı. Kapitan adını tabloya yazdırdı. Yeri gəlmişkən, oyundan əvvəl “Neftçi” kollektivi komandanın üzvü Tural İsmayılovu doğum günü münasibəti ilə təbrik etdi. 8-ci dəqiqədə Oruc müvazinətini itirsə də, topu qapıya istiqamətləndirməyi bacardı. Ancaq “mərmi” tirə dəyib meydanı tərk etdi. “Xəmsə”dən isə Samir Əmirov yaxın məsafədən hesabı bərabərləşdirməyi bacarmadı. Əvəzində “Neftçi” fərqi artırdı. Rüfətin zərbəsini qapıçı geri qaytarsa da, Tural önündəki “hədiyyə”ni tora qovuşdurmağı bacardı. “Neftçi” fasiləyə qədər daha 3 qol vurdu. Medallara iddialı “Neftçi” ikinci hissədə də qolları sıralamağa davam etdir. Rəqib qapısına ən çox qol vuran isə günün qəhrəmanı Tural İsmayılov oldu.

“Xəmsə” – “Neftçi” İK (0:5) 3:13

Qollar: C. Yusifov, 27:02, 34:30, S. Əmirov, 37:06 // R. Balakişiyev, 0:53, 29:53, T. Qurbanov, 8:28, 17:13, 28:50, Ə. Əjdərov, 11:05, V. Xocayev, 17:40, T. İsmayılov, 25:50, 27:30, 33:19, 34:07, O. Baxşəli, 31:39, V. İsayev, 35:13
17 aprel. Bakı İdman Sarayı. Saat 16:15
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Ramiz Məhərrəmov
Hakim-inspektor: Aslan Həsənov

17 aprel. Bakı İdman Sarayı. Saat 16:15
 

“Xəmsə” 
1. Rəşad Zeynallı (q), 2. Bəxtiyar İsgəndərov, 12. Ceyhun Yusifov, 10. Əli Həsənov (k), 8. Elçin Əliyev, 6. Şamo Talıbov, 9. Samir Əmirov, 7. Elçin Zeynalov
Baş məşqçi: Novruz İbrahimov
“Neftçi” İK
23. Elnur Zamanov (q), 10. Rüfət Balakişiyev (k), 11. Tural Qurbanov, 6. Məhəmməd Katebi, 94. Oruc Baxşəli, 8. Vahib Xocayev, 17. Vüsal İsayev, 7. Tural İsmayılov, 13. Əjdər Əjdərov
Baş məşqçi: İlqar Aslanov

 

“Yasamal” FK – “Marafon Futsal” (1:4) 1:7 

Qollar: S. Cavid, 0:42 // E. Barati, 1:04, S. Məmmədov, 6:31, 20:28, M. Morovati, 11:04, 19:17, 35:49 (6 m), O. Talebi, 35:01
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Anar Fərəcov 
Hakim-inspektor: Murad Məmmədov

17 aprel. Bakı İdman Sarayı. Saat 14:30

Sarı vərəqə: M. Şahsuvari, 12:43, M. Cahandost, 19:30, R. Akbari, 36:14 // H. Khodaei, 11:14, İ. Hacıyev, 11:14
Qırmızı vərəqə: O. Oraz, 35:49

 

“Yasamal” FK
1. Mohammed Roştani (q), 80. Omid Oraz, 47. Rəsul Akbari, 9. Vladislav Vorobyov, 12. Sadiq Cavid, 33. Sultan Sadiqov (q), 10. Mortoza Cahandost (k), 5. Mohammad Vəfa, 4. Məhəmməd Şahsuvari, 6. Xəyal Quliyev, 14. Omid Məhəmmədnejat
Rəhbər: Orxan Allahverdiyev

 

“Marafon Futsal”
12. Kesra Mehdipour (q), 7. İlkin Hacıyev, 10. Seymur Məmmədov (k), 20. Elyas Barati, 99. Rüstəm Bağırzadə, 2. Kamran Hacıyev (q), 9. Omid Talebi, 11. Hamed Khodaei, 13. Majid Morovati, 77. Saeid Goodarzi, 22. Tofik Əliyev
Baş məşqçi: Elşad Quliyev

 

“Araz” – “İtaldizain Futsal” (1:0) 2:2 

Qol: E. Borges, 1:31, X. Bağırov, 22:53 // E. Quliyev, 21:28, A. Əzimov, 21:54
Hakimlər: Yusif Nurullayev, Azad Hüseynov, Kənan Məlikov 
Hakim-inspektor: Şahin Cəfərov 

Sarı vərəqələr: R. Hüseynli, 39:32 // F. Əliyev, 39:32

17 aprel. Bakı İdman Sarayı. Saat 12:30
 

"Araz"
1. Rövşən Hüseynli (q), 4. Kardosa Everton Qalo, 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 19. Anar Məmmədov (q), 2. Adil İsmayılov, 5. İsa Atayev, 14. Oktay Rüstəmli, 15. Reza Tolouei 
Baş məşqçi: Joze Alesio da Silva

 

“İtaldizain Futsal”
12. Ramil Həsənzadə (q, k), 9. Elşən İbrahimxəlilov, 10. Faiq Əliyev, 4. Elvin Quliyev, 13. Ağatahir Əzimov, 1. Ümid Paşayev (q), 8. Nihad İsmayılov, 5. Ruzigar İbrahimzadə
Baş məşqçi: Rafail Adbulov

 

“Xəmsə” – “Neftçi” İK
17 aprel. Bakı İdman Sarayı. Saat 16:15
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Ramiz Məhərrəmov
Hakim-inspektor: Aslan Həsənov

№ Komanda O Q H/H M T/F X
1 Araz 21 19 2 0 133-27 59
2 Marafon Futsal 20 14 1 5 87-38 43
3 EKOL 20 11 2 7 87-59 35
4 Neftçi İK 19 8 4 7 62-49 28
5 İtaldizain Futsal 20 6 5 9 79-71 23
6 Yasamal 21 5 0 16 62-135 15
7 Xəmsə 21 0 2 19 48-179 2
Bombardir: Thiaqo Telez Bolinya (“Araz”) – 30 qol





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right