“Araz” 16-da dayandı…

Bu gün futzal üzrə Yüksək Liqada XXV turun oyunları keçirilib. Turla bağlı maraqlı məqamlardan biri çempionluğu təmin etmiş “Araz”ın 2018-ci ildə ilk, cari mövsümdə isə ikinci dəfə meydanı qələbəsiz tərk etməsidi.

Newsport.az-ın məlumatına görə, “İtaldizain Futsal”la oyunda hesabı lider açsa da, sonradan məğlub duruma düşüb. Alesionun yetirmələrinin gücü ancaq bərabərlik qolunu vurmağa yetib - 2:2. “Araz” cari çempionatda ilk xal itkisi ilə I dövrədə üzləşib.

Ötən il noyabrın 8-də Bakı idman Sarayında VI tur çərçivəsində “Neftçi” ilə keçirilmiş oyunda da 2:2 hesabı qeydə alınıb. Sonrakı 15 oyunun hamısında qalib gələn Alesionun yetirmələrinin uğurlu seriyası 16-da dayandı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right