Futzal millimizin yekun heyəti müəyyənləşdi

Bakıda keçiriləcək Türk Şurası Universitet İdman Oyunlarında iştirak edəcək futzal üzər Azərbaycan yığma komandası hazırlığını davam etdirir. 

Newsport.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi "feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, məşqlərini Bakı Texniki Universitetinin idman zalında keçən millimizin yekun heyəti müəyyənləşib.
Bir neçə məşqdə seleksiya işləri aparan və 20-dən artıq futzalçını məşq prosesinə dəvət edən baş məşqçi Joze Alesio da Silva yarış zamanı güvənəcəyi heyəti müəyyənləşdirib:

Rövşən Hüseynli, Ramiz Çovdarov, Adil İsmayılov, Oktay Rüstəmli (hamısı “Araz”), Kamran Hacıyev, Elşən İbrahimxəlilov, İbrahim Zeynalov (hamısı “Marafon Futsal”), Kənan Manafov, Emin Abbasov (hər ikisi “Avanqard”), Fərid Atakişiyev (EKOL), Nihad İsmayılov (“FK.İD.Futsal”) və Oruc Baxşəlizadə ("Neftçi").

Qeyd edək ki, komandamız aprelin 7-də Türkiyə yığması ilə qarşılaşacaq. Oyunun başlama saatı barədə məlumat veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right