Kateqoriya: Futzal | Tarix: 24.01.2026 11:00
Azərbaycanın futzal millisi təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoldaşlıq oyununa çıxacaq.
Newsport.az xəbər verir ki, komanda Danimarka yığması ilə qarşılaşacaq.
Bakı İdman Sarayında keçiriləcək oyun saat 16:00-da start götürəcək. Görüşü Knyaz Əmiraslanov, Rza Məmmədov və Anar Fərəcovdan ibarət hakimlər briqadası idarə edəcək.
Bu komandalar yanvarın 22-də də qarşılaşıblar və Danimarka millisi 4:1 hesablı qələbə qazanıb.