Kateqoriya: Futzal | Tarix: 02.01.2025 12:30
"Araz-Naxçıvan" futzal komandasının yeni baş məşqçisinin adına sabah aydınlıq gələcək.
Newsport.az-ın məlumatına görə, Predraq Rayiç qeyri-qənaətbəxş nəticələrə görə komandadan ayrıldıqdan sonra klub rəhbərliyi yeni mütəxəssislər axtarışına başlayıb.
Ən pis halda, bu həftə yeni baş məşqçinin adının açıqlanacağı gözlənilir.
Onun postsovet məkanının təlimçilərindən birindən olacağı ehtimal edilir.