Kateqoriya: Futzal | Tarix: 26.12.2024 13:10
Azərbaycan millisinin və "Araz-Naxçıvan"ın futzalçısı Xəzər Ağalızadə üç oyunluq cəzalandırılıb.
Newsport.az-ın məlumatına görə, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
X.Ağalızadə Yüksək Liqanın VII turunda keçirilən "Yasamal Bakı" – "Araz-Naxçıvan" matçının 36-cı dəqiqəsində təhqiredici, qeyri-etik ifadələr işlətməsi və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.
"Yasmal Bakı"nın futzalçısı Anar İsayev də eyni səbəbdən 3 oyunluq diskvalifikasiya olunub.