Avropa çempionatı: Millimiz İsveçlə heç-heçə etdi Yenilənib

Futzal üzrə Azərbaycan milli komandası bu gün Avro-2026-nın seçmə mərhələsində ilk oyununa çıxıb.

Newsport.az xəbər verir ki, Vitali Borisovun komandası 5-ci qrupda Bakıda İsveç yığmasını qəbul edib.

Bakı İdman Sarayında keçirilən oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb. 

Qeyd edək ki, İsveç millisi artıq seçmə mərhələdə ilk oyununu keçirib. Skandinaviyalılar Yunanıstana 1:4 hesabı ilə uduzub.

20:00. Azərbaycan - İsveç - 3:3

Qollar: Oktay Rüstəmli, 4, 39, Xəzər Ağəlizadə, 23 - Hampus Furublad, 14, Fredrik Söderqvist, 33, Brayan Yohansson, 37

Hakimlər: Aslan Qalayev, Turekhan Tursumbayev, Nurlybek Kalimaganbetov (Qazaxıstan)
Bakı İdman Sarayı





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right