Kateqoriya: Futzal | Tarix: 16.12.2024 15:12
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 3-cü turun proqramı bəlli olub.
Newsport.az xəbər verir ki, oyunlar dekabrın 17-18-də keçiriləcək.
Dekabrın 17-də, saat 15:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Neftçi” MOİK-lə üz-üzə gələcək.
Növbəti gün isə iki matç təşkil ediləcək. Saat 15:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında “Xilasedici” “Azərreyl”i qəbul edəcək. İki saat sonra “Gənclər” və “Murov” münasibətlərə aydınlıq gətirəcəklər.