Kateqoriya: Futzal | Tarix: 13.12.2024 12:38
Millimiz istənilən rəqibə qarşı mübarizə aparmalıdır.
Newsport.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.
O, bu gün baş tutacaq DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkünü dəyərləndirib: "Hansısa rəqibi adlandırmaq düzgün olmaz. Yığmamız matçlarda sonadək döyüşməlidir. Nəticə görüşdən sonra bəlli olacaq".
Qeyd edək ki, DÇ-2026-nın Avropa zonası üzrə püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.