Kateqoriya: Futzal | Tarix: 31.07.2024 13:34
Ötən mövsüm “Neftçi” İK-nın heyətində çıxış edən futzalçı Ülvi Əliyev “Araz-Naxçıvan”a keçib.
Newsport.az xəbər verir ki, 25 yaşlı oyunçu yeni mövsümdə ölkə çempionunun uğurları üçün çalışacaq.
Artıq “qırmızı-ağlar”ın təlim-məşq toplanışına qoşulan Ü.Əliyev debütünü gələn ay keçiriləcək UEFA Çempionlar Liqasının ilkin mərhələ oyunlarında edəcək.
Futzalçı Azərbaycan yığmasına məhz baş məşqçi Vitali Borisovun rəhbərliyi dövründə dəvət alıb.