Azərbaycanın futzal millisi elit-raundda son oyunda uduzdu

Azərbaycanın futzal millisi bugün DÇ-2024-ün elit-raund mərhələsində  son oyununu keçirib. 

Newsport.az xəbər verir ki, Vitali Borisovun baş məşqçilik etdiyi komanda bağlanış matçında Niderlandın qonağı olub və 0:3 hesabı ilə uduzub. Bununla da, milli pley-offa yüksəlmək şansını itirib.Yığma 4 xalla qrup sonuncusu olub.  

Qazaxıstan 18 xalla 1-ci, Niderland 9 xalla 2-ci yerə çıxaraq pley-offa vəsiqə qazanıb.

DÇ-2024, Elit-raund

20 dekabr

21:30. Niderland – Azərbaycan - 3:0

Qollar: Attahiri, 1 (1:0), Buzambu, 10 (2:0), Ceyar, 38
Hakimlər: Dominikas Norkus, Mantas Pomeckis, İrmantas Kapraşovas (hamısı Litva)

Xallar: Qazaxıstan - 15, Niderland - 6, Rumıniya - 4, Azərbaycan - 4. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right