Azərbaycanın futzal millisi elit-raundda son oyuna çıxır

Azərbaycanın futzal millisi bugün DÇ-2024-ün elit-raund mərhələsində  son oyununu keçirəcək. 

Newsport.az xəbər verir ki, Vitali Borisovun baş məşqçilik etdiyi komanda bağlanış matçında Niderlandın qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, qələbə qazanacağı təqdirdə Azərbaycan yığması öz qrupunda 2-ci yeri tutan 4 ən yaxşı komandadan biri kimi pley-offa yüksələ bilər. Bunun üçün D qrupunda İtaliya və Sloveniya komandalarının da məğlub olması lazımdır.

DÇ-2024, Elit-raund

20 dekabr

21:30. Niderland – Azərbaycan
Hakimlər: Dominikas Norkus, Mantas Pomeckis, İrmantas Kapraşovas (hamısı Litva)

Xallar: Qazaxıstan - 15, Niderland - 6, Rumıniya - 4, Azərbaycan - 4. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right