Millimizin oyunçusu: Növbəti mərhələyə yüksəlmək şansımız var

“Uzun fasilədən sonra millinin toplanışına çağırıldım”. Newsport.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin üzvü Fərid Atakişiyev deyib.

O, DÇ-2024-ün elit-raundu mərhələsində dekabrın 15-də Bakıda Rumıniya, 5 gün sonra səfərdə Niderland yığması ilə keçiriləcək görüşlərə dəvət alan futzalçı təəssüratlarını bölüşüb.

Uzun müddətdən sonra yığmaya qoşulan “Neftçi”nin oyunçusu qarşıda duran məqsədlərdən bəhs edib: “Hazırlıq prosesi maraqlı keçir. Millidə olmaq fəxrdi. Bu hissləri yenidən yaşamağıma şərait yaradan baş məşqçiyə təşəkkür edirəm. Qarşıda bizi ağır matçlar gözləyir. Təcrübəli futzalçı kimi, komandamıza bacardığım qədər kömək edəcəm. Növbəti mərhələyə yüksəlmək şansımız var. Ancaq hər xal uğrunda gərgin mübarizə gedəcək. Rumıniya və Niderland milliləri yüksəlişdədi. Rumıniya önündə doğma meydan amilindən istifadə etməyə çalışacağıq. Ondan sonra Niderlandla səfər görüşü haqda düşünəcəyik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right