Azərbaycan çempionatı: Ölkə çempionu 11 qolla qalib gəldi

Futzal üzrə Yüksək Liqada 10-cu turun matçları baş tutub. 

Newsport.az xəbər verir ki, turun ilk dueli – “Baku Fire” – “Record” görüşü baş tutmayıb.

Buna səbəb “Baku Fire”in protokolu matçın startına 75 dəqiqə qalmışa qədər “Yarışların idarəetmə sistemi”nə göndərməməsidir. Nəticə ilə bağlı AFFA-nın İntizam Komitəsi qərar verəcək. Digər iki oyun favoritlər üçün məşq xarakterli olub. “Neftçi” İK və “Araz-Naxçıvan” fasiləyə böyükhesablı qələbə ilə yollanıb.

Yüksək Liqa
10-cu tur
7 dekabr

“Neftçi” İK – “Yasamal Bakı” 19:2
Qollar
: Vahib Xocayev, 0:36, 2:22, 17:22, 20:43, 34:38, Amir Şojaei, 1:34, 29:42, Reza Abgoun, 1:41, 3:38, 21:01, 28:20, 33:03, Əjdər Əjdərov, 3:48, Ülvi Əliyev, 5:02, Nüsrət Fərzəli, 14:39, 23:41, 25:12, 38:09, Mirzə Əmirov, 30:59 – Rüstəm Bağırov, 32:38, Sabir Hacıəliyev, 36:57.
Hakimlər: Ceyhun Hüseynov, Vüsal Balaşov, İmran Məhərrəmov.
Olimpik Star. Saat 15:00.

“Araz-Naxçıvan” – U-19 11:2
Qollar
: Amadeu, 0:26, 9:36, 30:49, Erik Dannilo, 2:21, 8:55, Novruz Kazıxanov, 11:22, Məhəmməd Abbasov, 19:20, Behroz Cəfəri, 25:07, 28:36, 38:29,  Emil Həsənzadə, 33:11 – Qüdrət Qasımzadə, 19:07, Oqtay Mahmudzadə, 31:06.
Hakimlər: Əli Cəbrayılov, Mahir Məmmədov, Hidayət Feyzullayev
Olimpik Star. Saat 17:00.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right