Millimiz Mərakeşə məğlub oldu

AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil olunan beynəlxalq turnirdə 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, komandamız Mərakeşdən olan həmyaşıdları ilə qarşılaşıb.

Bakı İdman Sarayında baş tutan matçda hesab 8-ci dəqiqədə açılıb. Afrika təmsilçisindən Reda adını tabloya yazdırıb. Növbəti qol təxminən 10 dəqiqə sonra vuruldu. Bu dəfə Rayane komandasına üstünlük qazandırdı. Fasiləyə 2 dəqiqə qalmış Madih fərqi 3 topa çatdırdı. Əvəzində Xəzər Ağalızadə 10 metrlik zərbəni dəqiq yerinə yetirə bilmədi. İkinci hissəyə də rəqib qolla başladı. Lahcen 5-ci qolu vurdu. Amma 30-cü dəqiqədə millimiz fərqi azalda bildi. Mirzə Əmirov penaltini dəqiq yerinə yetirdi. Bu, həm də oyunda vurulan sonuncu qol oldu.

Azərbaycan – Mərakeş (0:3)  1:5

28 noyabr. Bakı İdman Sarayı. Saat 17:00

Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Məmmədəli Kərimov

Timekepeer: Hikmət Qafarlı

Qollar: Mirzə Əmirov, 29:15 (pen.) // İlilou Reda, 7:10, Benamar Rayane, 16:44, Madih Mohamed Reda, 18:37, Azghin İmran, 21:40, Ait Hemmou Lahcen, 26:49

Sarı vərəqələr: Xəzər Ağalızadə, 5:31, Azər Fərmanov, 14:45, İlham Alıyev, 18:07, Bəyoğlan Vəlizadə, 38:11 // Sabri El Moutadayene, 29:14





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right