Belçika mətbuatında "Gent"in (1:0) Bakıda Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşündə "Qarabağ"a məğlubiyyəti şərh edilib.
Newsport.az-ın məlumatına görə, "La Libre" Ağdam klubunun qələbəsi haqda bunları yazıb:
"Elə məğlubiyyətlər var ki, təbiidir. "Gent"in "Qarabağ"a məğlubiyyəti bunlardan biridir və heç bir mübahisə doğurmur. Çünki azərbaycanlılar bu oyunda daha yaxşı idilər. Lakin onlar yalnız bir qol vuraraq, Hayn Vanhazebrukun komandasının gələn cümə axşamı “Gelamko Arena”da keçiriləcək cavab matçından əvvəl ümidini saxlamış olub. "Gent" Davi Rufuya borcludur. 29 yaşlı qolkiper çox etibarlı oyun keçirdi. O, bir neçə həlledici seyvlərin müəllifi olub. Xüsusilə, o, penaltini dəf etdi. Qapı dirəyi də komandanı xilas edə bildi. Qapıçını günahlandıra biləcəyi yeganə şey odur ki, topu oyuna uğurlu daxil edə bilmədi və bu, sonda Leandro Andradenin qoluna səbəb oldu. Ümumilikdə isə "Gent" təhlükəli deyildi. Bu komanda heç bir təhlükə yarada bilmədi".