"Qarabağ" üçün köhnə tanış ikinci dəfə

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində "Gent"ə (Belçika) qarşı keçirəcəyi ilk oyunu isveçli Mohammed Al-Hakim idarə edəcək.

Newsport.az-ın məlumatına görə, referi bundan əvvəl də Azərbaycan çempionunun oyununa təyinat alıb. O, 2019-cu ildə Avropa Liqasının qrup mərhələsində keçirilən "Sevilya" - "Qarabağ" matçını idarə edib.

İspaniya təmsilçisinin qələbəsiylə başa çatan matçda (2:0) Mohammed heç kimə vərəqə göstərməyib.

"Qarabağ" həmin mövsüm qrup mərhələsini 5 xalla 3-cü sırada bitirmişdi.

Fevralın 16-da keçiriləcək "Qarabağ" - "Gent" oyunu saat 21:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right