“Qəbələ” fiziki cəhətdən çox güclü komandadır” – “Fehervar”ın baş məşqçisi

Macarıstanın “Fehervar” komandasının baş məşqçisi Mixael Boris evdə “Qəbələ”yə qarşı keçirəcəkləri Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında iştirak edib.

Newsport.az-ın məlumatına görə, 47 yaşlı məşqçi “Qəbələ” ilə matça ciddi hazırlaşdıqlarını bildirib:

“Sabah yeni mövsümdə ilk rəsmi matçımızı keçirəcəyik. Oyuna ciddi hazırlaşmışıq.

Məşqçilərimizi rəqibin oyunlarına göndərmişdik. Daha bir neçə iclasımız oldu, orda Azərbaycan təmsilçisinin necə oynadığını, nəyə qadir olduğunu müzakirə etdik. Ümumiyyətlə, “Qəbələ” fiziki cəhətdən çox güclü komandadır. Bu oyuna tam hazır olmaq üçün təlim-məşq toplanışında hər şeyi etmişik”.

İyulun 21-də “Mol Arena”da oynanılacaq “Fehervar” – “Qəbələ” matçı saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right