"Neftçi" sabah Kiprə gedir

“Neftçi” Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacağı “Aris” (Limassol) klubu ilə ilk oyunun hazırlığını davam etdirir.
Newsport.az xəbər verir ki, Türkiyə toplanışından qayıdandan sonra birgünlük fasiləyə buraxılan komandanın üzvləri iyulun 17-də məşqlərə başlayıb.

Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan hazırlıq prosesində əsasən toplu çalışmalar icra olunub. Sabah səhər Kiprə yola düşəcək “ağ-qaralar”ın oyunöncəsi son məşqi Bakı vaxtı ilə saat 21:30-da Limassol şəhərindəki “AEK Arena” stadionunda baş tutacaq və media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) olacaq. Məşqdən əvvəl – saat 21:00-da isə baş məşqçi Laurentsiu Regekampf və serbiyalı futbolçu Voislav Stankoviçin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.Qeyd edək ki, “Aris” – “Neftçi” matçı iyulun 21-i Bakı vaxtı ilə saat 21:30-da “AEK Arena”da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right