"Qəbələ"nin rəqibi "Qalatasaray"ı məğlub etdi

"Qəbələ"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Fehervar" yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, Macarıstan təmsilçisi Avstriyada təlim-məşq toplanışı çərçivəsində "Qalatasaray"la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 32-ci dəqiqədə Kodro vurub.

Qeyd edək ki, "Qəbələ" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində iyulun 21-i səfərdə "Fehervar"la ilk matçına çıxacaq. Komandalar arasında cavab görüşü iyulun 28-i Bakıda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right