"Başladığımız işi necə bitirəcəyimizi bilirik" Brendan Rocers

"Lester"in baş məşqçisi Brendan Rocers Konfrans Liqasının yarımfinalında "Roma" ilə cavab oyunu öncəsi fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, bu komandalar arasında  İngiltərədə keçirilən matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.

B.Rocers UEFA-nın saytına açıqlamasında deyib: "Qarşıda irəliləyib-irələliləməyəcəyimizi  müəyyən edəcək matç var. Güclü rəqiblərlə oyunlarda yaxşı futbol nümayiş etdirə bildiyimizi sübut etdik və bu, bizə çox kömək oldu. Bizi bu mərhələyə gətirən keyfiyyətləri bir daha ortaya qoyacağıq. Başladığımız işi necə bitirəcəyimizi bilirik. "Renn" və PSV ilə də çətin idi. Əhval-ruhiyyəmiz eynidir”.

Xatırladaq ki, bu gün keçiriləcək  “Roma” – “Lester” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right