Avropa Liqası və Konfrans Liqasında həftənin oyunçusu adına namizədlər

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Newsport.az-in məlumatına görə, bu ada Şotlandiya “Reyncers”indən Ceyms Tavernye, Fransa “Lion”unun qapıçısı Antoni Lopeş, İtaliya “Atalanta”sından Luis Muriel və İspaniya “Sevilya”sından Markos Akunya namizəddir.

UEFA Konfrans Liqasında həftənin oyunçusu adına isə Fransa “Marsel”inin hücumçusu Arkadiuş Milik, Danimarka “Kopenhagen”indən Pep Bil, İtaliya “Roma”sının qapıçısı Rui Patrisiu və Niderland “Feyenoord”undan Luis Sinisterra namizəddir.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right