Konfrans Liqası: “Roma” səfərdə, “Marsel”lə “Lester” evdə sevindi

Bu gün UEFA Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Newsport.az-in məlumatına görə, “Qarabağ”ı bu turnirdə mübarizədən kənarlaşdıran “Marsel” Ağdam klubunun qrupdakı rəqiblərindən olan “Bazel”lə üz-üzə gəlib. Komandaların ilk oyunu Fransa təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Turnirin qalibi adına əsas favoritlərdən sayılan Joze Mourinyonun rəhbərlik etdiyi “Roma” “Vitess”in qonağı olub. Romalılar bu görüşdən minimal hesabla qalib ayrılıblar.

Mövsümün sürpriz komandalarından sayılan “Bude Qlimt” “Az Alkmaar”la dueldən qalib ayrılıb. QNorveç təmsilçisi avrokuboklarda ardıcıl 8-ci ev oyununda qələbəyə sevinib.

Bol qollu “Partizan” – “Feyenoord” görüşündə qonaqlar darmadağınla qalib gəliblər. “Lester” isə “Renn”i məğlub yola salıb.

UEFA Konfrans Liqası

1/8 final, ilk oyunlar

10 mart

21:45. PAOK (Yunanıstan) - "Gent" (Belçika) - 1:0

Qol: Kurtiç, 58

21:45. "Slaviya" Praqa (Çexiya) - LASK (Avstriya) - 4:1

Qol: Sor, 3, 29, Olayinka, 83, Traore, 85 – Baliç, 67

21:45. "Vitess" (Niderland) - "Roma" (İtaliya) - 0:1

Qol: Oliveyra, 45+1

21:45. "Partizan" (Serbiya) - "Feyenoord" (Niderland) - 2:5

Qol: Natço, 13. Yoviç, 46 – Toornstra, 20, 77, Dessers, 52, Gertulda, 64, Sinisterra, 71

00:00. "Marsel" (Fransa) - "Bazel" (İsveçrə) - 2:1

Qol: Milik, 19-pen, 68 – Espozito, 79

00:00. "Lester" (İngiltərə) - "Renn" (Fransa) - 2:0

Qol: Olbrayton, 30, İheanaço, 90+3

00:00. PSV (Niderland) - "Kopenhagen" (Danimarka) - 4:4

Qol: Qakpo, 21, 70, Doan, 50, Zahavi, 85 – Yohannesson, 6, Biel, 23, 78, Lerager, 43
 

00:00. "Budyo Qlimt" (Norveç) - AZ (Niderland) - 2:1

Qol: Pelleqrino, 39, Solbakken, 90+1-pen – Abuxlal, 73

Qeyd edək ki, cavab qarşılaşmaları martın 17-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right