AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat aldı

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb. Newsport.az xəbər verir ki, o, Avstriyanın LASK və Çexiyanın “Slaviya” komandaları arasında keçiriləcək Avropa Konfrans Liqasının 1/8 final mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq.
 
Qarşılaşma martın 17-də Avstriyanın Sankt-Polten şəhərindəki “NV Arena”da gerçəkləşəcək. Komnndalar arasında ilk matç martın 10-da Çexiyada baş tutacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right