“Lion” “Lill”ə uduzdu, “Marsel” xal itirdi

Futbol üzrə Fransa çempionatında 26-cı tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub. “Monpelye” doğma meydanda “Renn”lə qarşılaşıb. Altı qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.

Ötən tur məğlubiyyətlə üzləşən PSJ bu dəfə “Sent-Etyen”i sınağa çəkib və inamlı qələbə qazanıb. “Strasburq” – “Nitsa” matçında isə hesab açılmayıb.

Turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib. “Monako” evində “Reyms”ə, “Anje” “Lans”a, “Brest” isə “Loryan”a məğlub olub. “Klermon” – “Bordo” və “Mets” – “Nant” oyunlarında qalib müəyyənləşməyib.

Avropa Konfrans Liqasında “Qarabağ”ı mübarizədən kənarlaşdıran Marsel “Olimpik”i “Trua” səfərinə yollanıb. Bu oyunda qalib müəyyənləşməyib. Lion “Olimpik”i isə evində son çempion “Lill”ə məğlub olub.

Fransa Liqa 1, 26-cı tur

25 fevral

Monpelye – Renn 2:4
Qol: Oyonqo, 19. Vahi, 41 – Terrye, 8. Buriqe, 15. Laborde, 52. Mayer, 84.

26 fevral

Strasburq – Nitsa 0:0

PSJ – Sent-Etyen 3:1
Qol: Mbappe, 42; 47. Danilo, 52 – Bouanqa, 16.

27 fevral

Monako – Reyms 1:2
Qol: Ben Yedder, 55 – Volland, 84-öz qapısına. Mbuku, 90+2.

Anje – Lans 1:2
Qol: Fulgini, 49 – Mendi, 73-öz qapısına. Klauss, 76.

Brest – Loryan 0:1
Qol: Kone, 73.

Klermon – Bordo 1:1
Qol: Raşani, 32 – Jullavoqi, 13.

Mets – Nant 0:0

Trua – Marsel 1:1
Qol: Tuzqar, 90 – Payet, 28-pen.

Lion – Lill 0:1
Qol: Qudmundsson, 35.

Bombardir: Vissam Ben Yedder (Monako) – 14 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right