PSJ-dən inamlı qələbə

Futbol üzrə Fransa çempionatında 26-cı tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub. “Monpelye” doğma meydanda “Renn”lə qarşılaşıb. Altı qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.

Ötən tur məğlubiyyətlə üzləşən PSJ bu dəfə “Sent-Etyen”i sınağa çəkib və inamlı qələbə qazanıb. “Strasburq” – “Nitsa” matçında isə hesab açılmayıb.

UEFA Avropa Konfrans Liqasında “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Marsel” isə “Trua” səfərinə yollanacaq.

Fransa Liqa 1, 26-cı tur

25 fevral

Monpelye – Renn 2:4
Qol: Oyonqo, 19. Vahi, 41 – Terrye, 8. Buriqe, 15. Laborde, 52. Mayer, 84.

26 fevral

Strasburq – Nitsa 0:0

PSJ – Sent-Etyen 3:1
Qol: Mbappe, 42; 47. Danilo, 52 – Bouanqa, 16.

27 fevral

16:00 Monako – Reyms
18:00 Anje – Lans
18:00 Brest – Loryan
18:00 Klermon – Bordo
18:00 Mets – Nant
20:05 Trua – Marsel
23:45 Lion – Lill

Bombardir: Vissam Ben Yedder (Monako) – 14 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right