"Qurban Qurbanov ədalətli insan olduğunu bir daha sübut etdi"

"Qarabağ" "Marsel"lə matçda istədiyi nəticəni qazana bilmədi. Təəssüf ki, uduzdular. Amma uduzmağın əsas səbəblərindən biri ilk matçda, Fransadakı matçda da istənilən nəticənin olmaması idi. Bakıda ilk qolu buraxandan sonra futbolçular daha da məyusluq yaşadı. Çünki 1:4 hesabı az deyildi".

Newsport.az-ın məlumatına görəbu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın veteran futbolçusu Hüseyn İsgəndərov deyib.

​Uzun illər Ağdam klubunun formasını geyinmiş İsgəndərov "Qarabağ"ln Konfrans Liqasının pley-off mərhələsinin "Marsel"lə görüşdəki çıxışına toxunub. O, Qurban Qurbanovun "fair-pley" etməsi barədə də fikirlərini bildirib: "Bəlkə də hesab 1:1 olsaydı, matç tamam fərqli alınardı. Ancaq Qurban Qurbanov ədalətli insan olduğunu bir daha sübut etdi. Bundan əvvəl də Azərbaycan çempionatı oyunlarında o, penaltidən istifadə etməmişdi, futbolçusuna tapşırıq vermişdi ki, onu çölə vursun. Bütün dünya görsün ki, bizə qarşı ədalətsiz qərarlar versələr də, Qurban Qurbanov yenə də ədalətli davranır. Hətta Xorxe Sampaoili də bildirdi ki, belə etməzdi".

"Qarabağ"ın sabiq futbolçusu Luka Quqeşaşvilinin çıxışını da dəyərləndirib: "Birinci oyunda deməzdim, ancaq 2-ci oyunda 2 qolda kobud səhv etdi. Bir az vaxt keçsin, Lukanın “Qarabağ” səviyyəsində olub-olmaması dəqiqləşəcək. “Qarabağ”ın bu mövsüm avrokuboklardakı çıxışı yaxşı alındı. Doğrudu, bundan da yaxşı ola bilərdi. Ancaq ümumi götürsək, yaxşı alındı. Allah qoysa, gələcək sezonlarda daha yaxşı olar".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right