Maksim Medvedev Avropada birincidir

Konfrans Liqasında pley-off mərhələsinin oyunlarından sonra futbolçuların statistik göstəriciləri açıqlanıb.

Newsport.az xəbər verir ki, ən yaxşı nəticəyə sahib oyunçular arasında "Qarabağ"ın kapitanı Maksim Medvedev də var. O, Konfrans Liqasında ən çox top qazanan futbolçudur. 33 yaşlı müdafiəçi turnirin əsas mərhələsində keçirdiyi 8 qarşılaşmada 65 dəfə buna müvəffəq olub.

2-3-cü yerləri Danimarka "Rander"sindən Simon Pyezinger və Çexiya "Yablonets"indən Yaroslav Zeleni (hərəyə 61) bölüşdürür. "Qarabağ"ın digər futbolçusu Kevin Medina isə bu göstəricidə 4-cüdür (59 dəfə).

Ümumilikdə Azərbaycan təmsilçisi topa sahib olmada (59 faiz) 3-cü, qapıya zərbələrdə (132) 2-ci və top qazanmada (307) 6-cı yerdədir.

Qeyd edək ki, "Qarabağ" "Marsel"ə ümumilikdə 1:6 hesabı ilə uduzmaqla turnirdə mübarizəsini dayandırıb. 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right