"Qarabağ"ın rəqibi növbəti mərhələdə

Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Marsel” Fransa kubokunda 1/4 finala vəsiqə qazanıb.

Newsport.az-ın məlumatına görə, Xorxe Sampaolinin rəhbərlik etdiyi komanda “Monpleye” səddini çətinliklə keçib.

​Matçın əsas vaxtı 1:1 yekunlaşıb və oyunsonrası penaltilərdə daha dəqiq olan marsellilər növbəti mərhələyə vəsiqə qazanıb.

“Marsel” – “Monpelye” 1:1 (pen 5:4)
Qollar: 
Arkadiuş Milik 74 – Beni Makuana 80





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right