"Qarabağ"ın rəqibinin 2 futbolçusu koronavirusa yoluxdu

Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Marsel" klubunun 2 futbolçusu koronavirusa yoluxub.

Newsport.az-ın məlumatına görə, bu barədə Fransa klubunun baş məşqçisi Xorxe Sampaoli məlumat verib. Müdafiəçi Pol Lirola və yarımmüdafiəçi Konrad de la Fuentenin COVİD-19 testlərinin nəticəsi müsbət çıxıb. Futbolçular karantinə alınıb.

Qeyd edək ki, "Qarabağ"la "Marsel" arasında ilk oyun fervralın 17-də Fransada, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right