UEFA "Tottenhem"ə texniki məğlubiyyət verib

UEFA İngiltərənin "Tottenhem" klubuna texniki məğlubiyyət verib.

Newsport.az-ın məlumatına görə, buna London təmsilçisinin Konfrans Liqasının qrup mərhələsinin VI turunda Fransa "Renn"i ilə görüşə çıxmamasıdır.

Dekabrın 9-da keçirilməli olan qarşılaşma "Tottenhem"də koronavirusa kütləvi yoluxma üzündən baş tutmayıb.

Qeyd edək ki, bu nəticədən sonra G qrupunda birinci yeri 14 xalla "Renn" tutub. İkinci yer 10 xala malik Niderland "Vitess"inə qismət olub. Hər iki komanda növbəti mərhələyə yüksəlib. 7 xala malik "Tottenhem" və 3 xalı olan Sloveniya "Mura"sı isə sonrakı pillələri tutduqları üçün qrupda qalıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right