"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Bazel" Ağdam təmsilçisi ilə son oyuna iki itki ilə çıxacaq.
Newsport.az-ın məlumatına görə, bu barədə "Sportskeeda" nəşri məlumat yayıb. Komanda zədəli futbolçuları Andrea Padula və Sebastyano Espositonun xidmətindən yararlana bilməyəcək.
Qeyd edək ki, dekabrın 9-da keçiriləcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.