"Qarabağ"ın rəqibi kuboku qazandı

"Qarabağ"ın Konfrans Liqasındakı rəqiblərindən olan "Kayrat" Qazaxıstan kubokunun qalibi olub.

Newsport.az xəbər verir ki, finalda Karaqanda "Şaxtyor"u ilə keçirilən görüşün 90 dəqiqəsi 2:2 başa çatıb. Əlavə vaxtda komandalar hərəyə bir dəfə fərqləniblər. Penaltilər seriyasında isə "Kayrat" sevinən tərəf olub.

Almatı klubu kuboku 10-cu dəfə qazanıb.

Xatırladaq ki, "Kayrat" Konfrans Liqasında 1 xalla qrupun sonuncusudur. Komanda qrupda son matçını "Omoniya" ilə keçirəcək. "Qarabağ" isə qrup liderliyi uğrunda həlledici matçda "Bazel"in qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right