“Omoniya” “Qarabağ”la oyuna aparıcı futbolçuları olmadan çıxacaq

Kiprin “Omoniya” komandası Avropa Konfrans Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Bakıda qarşılaşacağı “Qarabağ”la oyunda aparıcı futbolçularının xidmətindən yararlanmaq istəmir. Newsport.az xəbər verir ki, Nikosiya təmsilçisinin baş məşqçisi Henninq Berq turnirdə iddiaları qalmadığı üçün fərqli start heyəti meydana buraxmağı planlaşdırır.
 
52 yaşlı norveçli mütəxəssis aparıcı oyunçularından yalnız daxili çempionatda yararlanmaq niyyətindədir. Komanda Kipr çempionatında 8 oyundan sonra 10 xalla 8-ci yerdədir.
 
Noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Omoniya” matçına saat 21:45-də start veriləcək.
 
Dörd oyundan sonra 10 xal toplayan “Qarabağ” H qrupunda liderdir və vaxtından əvvəl pley-offa vəsiqəni təmin edib. Kipr klubu isə 2 xalla 3-cü sırada qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right