"Qəbələ" "Qarabağ"ı təbrik etdi

“Qəbələ” Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə “Kayrat”a qalib gələrək (2:1) pley-offa vəsiqə qazanan “Qarabağ”ı təbrik edib.

Newsport.az xəbər verir ki, “qırmızı-qaralar”ın rəsmi Feysbuk səhifəsində paylaşılan təbrikdə deyilir:

"Qəbələ" "Qarabağ"ı Azərbaycan tarixində ilk dəfə avrokuboklarda qrup mərhələsini adlaması münasibətilə təbrik edir, növbəti oyunlarında uğurlar arzulayır!

Xatırladaq ki, “Qarabağ” qrup mərhələsinin sonuna 2 tur qalmış 10 xalla turnir cədvəlinə başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right