Mourinyonun karyerasında ilk

"Roma"nın baş məşqçisi Joze Mourinyonun baş məşqçilik karyerasında bir ilk yaşanıb.

Newsport.az xəbər verir ki, bu, "Roma"nın Avropa Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda Norveçin "Budo Qlimt" klubuna 1:6 hesabı ilə məğlub olduğu oyunda baş verib. İlk dəfə portuqaliyalı mütəxəssisin çalışdırdığı bir komanda qapısından 6 top buraxıb.

Qeyd edəkki, Joze Mourinyo məşqçilik karyerasına 2002-ci ildə başlayıb. 58 yaşlı mütəxəssis bu müddət ərzində "Benfika", "Uniao de Leyrya", "Porto", "Çelsi", "İnter", "Real", "Mançester Yunayted" və "Tottenhem"i çalışdırıb. Mourinyo baş məşqçi kimi 1008 matçda komandalarının başında olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right