“Qarabağ”ın Konfrans Liqasının qrupundakı rəqiblərindən olan “Kayrat”ın düşərgəsində əhval-ruhiyyə yaxşı deyil.
Newsport.az-ın məlumatına görə, futbolçular Kurban Berdıyevin ultra-müdafiə taktikasından kəskin narazılıq ediblər. Bu barədə “championat.com” saytına klubdakı mənbə məlumat verib:
“Berdıyevdən çox şey gözləyirdilər. O isə müdafiə futbolu oynadır. Artıq komandanın daxilində futbolçuların narazılığı başlayıb. Məsələ burasındadır ki, komanda bütün rəqiblərə, o cümlədən autsayderlərə qarşı da belə taktika ilə oynayır”.
“Kayrat” 23 oyundan sonra 44 xal toplayaraq 3-cü pillədə qarşılaşıb. “Qarabağ”-“Kayrat” qarşılaşması oktyabrın 21-də Bakıda keçiriləcək.