“Qarabağ”a məğlubiyyəti unutmuşuq. Bu yenilgiyə baxmayaraq, “Olimpiakos”la qarşıdakı matça yaxşı köklənmişik”.
Newsport.az-ın məlumatına görə, bunu “Omoniya”nın futbolçusu Kiko klubun rəsmi saytına müsahibəsində deyib.
Konfrans Liqasının qrup mərhələsində öz meydanında “Qarabağ”a 1:4 hesabı ilə məğlub olan Nikosiya təmsilçisi Kipr çempionatının növbəti turunda bu gün “Olimpiakos”un qonağı olacaq.
Qarşılaşma öncəsi fikirlərini bölüşən portuqaliyalı müdafiəçi Azərbaycan klubuna uduzsasalar da, komandada vəziyyət normal olduğunu vurğulayıb: "Artıq “Qarabağ”la matçı unutmuşuq. Növbətu matçda qələbə üçün nə lazım olsa, edəcəyik”.