"Qarabağ"la oyun vacibdir, amma kritik deyil" - "Omoniya"sının kapitanı

"Qarabağ"la oyun vacibdir, amma kritik olduğunu deməzdim. Buna baxmayaraq, yaxşı nəticə əldə etmək istəyirik".

Newsport.az-ın məlumatına görə, bu sözləri Kipr "Omoniya"sının kapitanı Xordi Qomes Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"la oyun öncəsi deyib.

O, tələblərin əvvəlki iki mövsümdən sonra daha yüksək olduğunu bildirib: "Uğurlar artdıqca tələblərin böyüməsi normaldır. Liqada cəmi üç oyun keçirdik və sonra qrup oyununa çıxdıq.  Komandamıza güvənirəm".

Qeyd edək ki, sabah Nikosiyadakı GSP stadionunda keçiriləcək "Omoniya" – "Qarabağ" görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right