“Bazel” “Qarabağ”la oyun üçün Bakıya yollandı

İsveçrənin “Bazel” komandası “Qarabağ”a qarşı keçirəcəyi Konfrans Liqasının qrup mərhələsinin 1-ci tur oyunu üçün Bakıya yola düşüb. Newsport.az xəbər verir ki, komanda günorta saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna çatacaq.
 
Saat 19:30-da Bakı Olimpiya Stadionunda İsveçrə təmsilçisinin baş məşqçisi Patrik Rahmenin mətbuat konfransı, saat 20:00-da isə komandanın matçdan əvvəl son məşqi gerçəkləşəcək.
 
Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" matçına saat 20:45-də start veriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right