İsveçrə çempionatında 6-cı turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, "Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Bazel” səfərdə "Luqano" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
"Luqano" - "Bazel" - 1:1
Qollar: Artur, 29, Abubakar, 69
“Bazel” 6 turdan sonra 12 xalla 10 komanda arasında 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ”ın “Bazel”lə ilk oyunu sentyabrın 16-da Bakıda, ikinci görüşü isə dekabrın 9-da səfərdə keçiriləcək.