Bu gün Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, təmsilçilərimizdən "Qarabağ" səfərdə "Aberdin"lə qarşılaşıb. Bakıda keçirilən ilk matçda 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi Şotlandiyada da 3:1 hesablı qələbə qazanaraq qrup mərhələsinə yüksəlib.
Beləliklə, Qurban Qurbanovun komandası son 8 ildə ardıcıl olaraq hər mövsüm avrokubokların qrup mərhələsində çıxış edəcək. "Qarabağ" bir dəfə Çempionlar Liqası, altı dəfə isə Avropa Liqasının qrupunda oynayıb.
26 avqust
Konfrans Liqası
Pley-off mərhələsinin cavab oyunu
22:45. “Aberdin” (Şotlandiya) – “Qarabağ” (Azərbaycan) 1-3
Qollar: Luis Ferqyusson,90+2 - Toral Bayramov, 8, Kadi Borqes, 18, Abdulla Zubir, 72
Baş hakim: Harald Lexner (Avstriya)
Aberdin. “Pittodri” stadionu
İlk oyun – 0:1