"Qarabağ" Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda səfərdə "Aberdin"lə qarşılaşacaq.
Newsport.az-ın məlumatına görə, Şotlandiyada keçiriləcək qarşılaşmanı canlı yayımayacaq televiziya kanalı müəyyənləşib. Bu görüş İdman Azərbaycan telekanalı vasitəsilə birbaşa yayımlanacaq. Bu bərədə "Qarabağ"ın tvitter səhifəsi məlumat yayıb.
Qeyd edək ki, "Aberdin" - "Qarabağ" oyunu 26 avqust tarixində Bakı vaxtilə 22:45-də baş tuatacaq.
Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilən matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.