"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Aberdin"in baş məşqçisi Stiven Qlass Ağdam təmsilçisi ilə Bakıda keçirdikləri oyun barədə danışıb.
Newsport.az-ın məlumatına görə, 45 yaşlı mütəxəssis bu qarşılaşmada zədələnən futbolçusu Endryu Konsidaynın durumuna da aydınlıq gətirib. O oyunçunun sıradan çıxmasına Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün bərbad vəziyyətinin səbəb olduğunu deyib:
"Endryunun hələ də ayağı ağrıyır. Futbolçunun son durumu növbəti həftə qiymətləndiriləcək. Amma çox da yaxşı görünmür. Biz 600-ə yaxın oyun keçirmiş və karyerası ərzində belə halla üzləşməyən şəxsdən bəhs edirik. Meydanın rüsvayçılıqdan ibarət olduğu həqiqətdir. Düşünürəm ki, Azərbaycan xalqı da bununla razılaşar".
Qeyd edək ki, "Qarabağ"-"Aberdin" görüşü Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə
başa çatıb. Komandalar arasında cavab oyunu avqusxtun 26-sı Şotlandiyada olacaq.