"Neftçi" Bakıda "Makkabi"yə (Hayfa) qarşı keçirəcəyi Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu üçün biletləri bu gün saat 12:00-da satışa çıxaracaq.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qiyməti 5 manat (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 manat (3B) və 20 manat (3A) təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə etmək olar.
Kassalar saat 10:00-dan 21:00-dək işləyəcək.
Avqustun 19-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Makkabi” (Hayfa) oyunu saat 21:00-da başlayacaq.