“Qarabağ” - “Aberdin” oyununun biletləri satışda

Avropa Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Aberdin” (Şotlandiya) oyununun biletləri bu gündən satışa çıxarılıb.

Newsport.az Ağdam klubunun saytına istinadən xəbər verir ki. biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 20 və 30 manat təşkil edir.Azərbaycan Premyer Liqası klubları 2021/22 mövsümünün transfer çalışmalarına başlayıblar.

COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında 11:00-dan 19:00-dək 2-ci və 3-cü kateqoriya biletlər satılacaq (5-3 azn);

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

FAW Azərbaycan-da isə (həftəiçi 10:00-dan 17:00-dək; həftəsonları 10:00-dan 16:00-dək) VIP və 1-ci kateqoriya (10 azn) biletlər satışda olacaq;

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 19:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (10:00-22:00).

Qeyd: bir şəxs cəmi üç bilet ala bilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right