"Çempion olmaq və ya 2-3-cü yeri tutmaq istəyirəm" - Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, Sadıqov, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

İlk dəqiqələrdən futbolçularda gərginlik var idi. Gözlənilmədən qol buraxdıq. Daha sonra uşaqların verdiyi reaksiya xoşuma gəldi. Daha yaxşı və istəkli oldular. Komandamız tam hazır deyil. 60-70-ci dəqiqədən sonra yorulacağımızı gözləyirdik. Qapıçımız Mehdi Cənnətov bir neçə qurtarış etdi. İlk oyunda bir xal qazandıq. Komandamızı və camiəmizi təbrik edirəm.

Qarşıya qoyulan məqsəd nədir?

- 8 komandalı çempionatdır. Hamı qəlbində avrokuboklara qatılmaq istəyər. Biz də yarış içindəyiksə, bir hədəfimiz olmalıdır. Amma 2-ci yeri tutmaq və ya kuboku qazanmaq kimi konkret hədəfimiz yoxdur. Avrokuboklara vəsiqə qazansaq belə, ora hazır olmaq çox önəmlidir. Şəxsən mən çempion olmaq və ya 2-3-cü yeri tutmaq istəyirəm. Niyə də olmasın? Amma bu gün "Qarabağ" və "Neftçi" hər kəsi qabaqlayır. Ən azı Konfrans Liqasına vəsiqə verən yer tutmaq istəyirik. Rəhbərliyimiz də, mən də bunu istəyirəm. 3-4 futbolçu var ki, hələ də düşünürük. Bir oyunçu ilə hətta faks vasitəsilə müqavilə də bağlamışıq. Daha 3 transfer planımız var. Bəzi gəncləri heyətə dəvət etmişik, onların üzərində işləyirik.

Hakimliklə bağlı fikirləriniz nədir?

Ötən il də belə hadisələrlə qarşılaşmışdıq. İstəmirəm ki, nəticəni hakimliklə bağlayım. Biz də baxdıq ki, vurduğumuz qolda ofsayd yoxdu. Maksimum çalışıram ki, hakimlik haqda danışmayım. Səbrli olmaq istəyirəm. Futbolumuzu çirkləndirmək istəmirəm. Əvəzetmə olanda gərək oyunçu mövqeyinə çatsın. Bizdə Rauf Hüseynli meydanda mövqeyinə çatmamış hakim oyunu başladı. Bir xal yaxşı nəticədir.

Ağabala Ramazanovun çıxışını necə dəyərləndirirsiz?

Ağabala ilk dəfə milliyə dəvət almayanda psixoloji problemlər yaşadı. Güclü olmaq və belə problemləri aşmaq lazımdır. Zədələri də oldu, ən yaxşı formasında olanda koronavirusa yoluxdu. Bir az şanssızlıq yaşadı. Ümid edirəm ki, yavaş-yavaş ideal formasını bərpa edəcək.

Yeni futbolçular gələ bilməsə, heyətlə bağlı şikayətləriniz olacaq?

Xeyr, gənc futbolçularımız var. Heyətimizə yeni oyunçular cəlb etmişik. Çalışacağıq ki, hər kəsə şans verim. Perspektivli oyunçularımızın əvəzedici komandada təcrübə yığmasını istəyirəm. Bəziləri var ki, 4-5 il sonra millinin üzvü olmaq potensialındadır. Volkov uzun müddətdən sonra yaşıl meydanlara qayıtdı. Stoilovu da oynatmaqla risk etdim. İstəyirəm ki, geniş heyətimiz olsun. Transferlər yubanırsa, bu, bizlə bağlıdır. Bəzi oyunçularla danışıqlar aparırıq. Futbolçulara bu yay sərbəstlik verdim. Bakıda təlim-məşq toplanışı keçmək çətindir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right