Əliyar Ağayev üçün UEFA-dan yeni təyinat

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Konfrans Liqasının matçına UEFA-dan yeni təyinat alıb.

Newsport.az-ın məlumatına görə, o, turnirin pley-off mərhələsində "Gent" (Belçika) - "Rakuv" (Polşa) arasında cavab oyununu idarə edəcək. Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Gent" - "Rakuv" qarşılaşması Bakı vaxtı ilə 22:00-da başlayacaq. Komandalar arasında ilk görüş isə avqustun 19-da olacaq.

 
 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right